İrakli Kobaxidze Qaxarianı dovşan adlandırdı
18.06.2021 11:50
444
Siyasət
A
İrakli Kobaxidze Qaxarianı dovşan adlandırdı

"Biz dovşanı 17 fevral və 20 iyun tarixlərində gördük".

Aktual.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli kobaxidze ötən axşam "TvPirveli" telekanalının efirində qonaq olarkən sabiq baş nazir Gİorgi Qaxaria barəsində danışarkən söyləyib.

"Təhqiramiz ifadələrin istifadəsi düzgün deyil və ümumiyyətlə Bidzina İvanişvilinin məktubunda "satqın" ifadəsindən istifadə edilməyib. Əlbəttə ki, xəyanət edənlər özləri xaindirlər, lakin bu terminin istifadəsi təhqiramizdir və çox vaxt istifadə etməkdən çəkinirik. Onun bircə komandaya və dövlətə xəyanət etdiyini bildiririk. Bu, bizim mövqeyimiz və qiymətləndirməyimizdir", - deyə İ.Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
1