"Cəzaçəkmə müəssisələrində məhkumların hüquqları pozulur və orada qeyri-rəsmi idarəetmə var".
Aktual.ge xəbər verir ki, bunu Xalq Müdafiəçi (Ombdusman) Nino Lomjaria illik hesabatını İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası komitəsinə təqdim edərkən bildirib.
“Penitensiar müəssisələrdə səhiyyə sisteminin işləməməsi ilə yanaşı mövcud qeyri-rəsmi idarəetmə də problemlərdən biridir. Həbs olunanlarlar, cinayətkar subkultura və ya himayəçilik rəhbərliyi tərəfindən müxtəlif növ cinayət işlərinə məruz qaldıqları barədə hüquq-mühafizə orqanlarına şikayət etdikləri bütün halları - təhdidlər, döyülmələr, pul tələb etmə, məmurlar tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdırdıq. Rəhbərlik rəsmiləri də daxil olmaqla müsahibə olunan məhkumlar oxşar bir sxemin mövcudluğunu bildirdilər. Prokurorluq buna cavab vermədi və heç kəsi cəzalandırmadı. Qeyri-rəsmi idarəetmənin təzahürü həm də bu faktların açıqlanmasından və bizdən gələn tənqidi hesabatlardan sonra Xalq Müdafiəçisinin nümayəndələrini şifahi şəkildə təhqir edərək onları cəzaçəkmə müəssisələrindən çıxmağa məcbur etməsi idi. Bunlar 5 nömrəli Ksani, 8 və 17 nömrəli Qldani müəssisələrdə baş verib”, - deyə N/Lomjaria qeyd edib.
Ombdusman həmçinin, cəzaçəkmə müəssisəsinə əlavə olaraq, insanların inzibati həbsi zamanı polis tərəfindən pis rəftar hallarının da artdığını qeyd edib. Xalq Müdafiəçisi tərəfindən araşdırılan 463 işin 34%-də, həbs zamanı və ya sonrasında bədən xəsarətləri bildirilib. Bədən xəsarətlərinin faizi isə son üç ildə artmaqdadır.