Politoloq: “Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycana dəstəyini bir daha təsdiqləyəcək”
18.06.2021 15:35
198
Siyasət
A
Politoloq: “Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycana dəstəyini bir daha təsdiqləyəcək”

“Rəcəb Tayyib Ərdoğanın azərbaycanlılar üçün olduqca önəmli şəhər olan Şuşaya səfəri Türkiyə Prezidentinin Qarabağa ilk səfəri kimi tarixə düşüb”.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti Zurab Batiaşvili analitik yazısında yazıb.

Politoloqun fikrincə, Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycanın ərazi bütövlüyü məsələsinə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmiş olacaq: “Ərdoğanın səfəri regionda İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqları vurğulayıb. Ankara müharibə zamanı əsas müttəfiqi olan Azərbaycanı dəstəkləməkdə davam edib. Aydındır ki, Türkiyə Qafqazda və ətrafdakı vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışacaq”.

ŞƏRH YAZ
0