Prokurorluq: İrakli Qaribaşvili ilə Bera İvanişvili arasındakı səs yazıları saxtlaşdırmadı
18.06.2021 16:34
371
Siyasət
A
Prokurorluq: İrakli Qaribaşvili ilə Bera İvanişvili arasındakı səs yazıları saxtlaşdırmadı

“6 Mart 2021-ci il tarixdə "TvPirveli" telekanalında "Nodar Meladzes Şabati" verilişində istifadə olunan səs yazılarının simulyasiya olunduğunu və saxtalaşdırıldığını ictimaiyyətə bildirmək istəyirik”.

Aktual.ge xəbər verir ki, bunu Prokuror Amiran Quluaşvili keçirdiyi brifinqdə bəyan edib.

Prokuror audio yazılarda bir çox düzəliş izlərinə rast gəlindiyini söyləyib.

Prokurorun sözlərinə görə, istintaq zamanı aparılan araşdırma və prosessual hərəkətlər nəticəsində İrakli Qaribaşvili, Bera İvanişvili və Anzor Çubinidzenin mobil telefonlarına gizli qulaq asma əməliyyatlarının 2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabr ayınadək aparıldığı müəyyən edilmişdir.

“Bunların hamısı redaktə və seçmə səsyazma nəticəsində hazırlanır və bununla da maraqlı tərəflər üçün istədikləri məzmunu olan dəyişdirilmiş səs yazıları alınır. Bunu nəzərə alaraq qeydlərin heç bir real ehtimal dəyəri yoxdur. 

Gürcüstanın Baş Prokurorluğu, xüsusi bir söhbətin icazəsiz qeyd edilməsi və dinlənilməsi, texniki vasitələrin köməyi ilə əldə edilmiş məlumatların qanunsuz istifadəsi və yayılması faktlarını araşdırmağa davam edir. Xüsusi söhbətlərin yazılarının qeyd edilməsi, qanunsuz istifadəsi və yayılması üçün jurnalistlərə və mediaya qarşı hər hansı bir istintaq aparılmadığını da vurğulamaq istəyirik",-deyə A.Quluaşvili qeyd edib. 

Xatırladaq ki, bu ilin 6 mart tarixində "TvPirveli" telekanalının efirində yayımlanan "Nodar Meladzes Şabati" verlişində hakim "Gürcü Arzusu" partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və mövcud baş nazir İrakli Qaribaşvilinin iddia edilən telefon danışığının səsyazısını yaymışdı. Audio yazıda  Bera İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir.

ŞƏRH YAZ
7