Ərdoğan:
18.06.2021 17:08
177
Siyasət
A
Ərdoğan: "Azərbaycan, Gürcüstan və Ukrayna həll edilməyən problemlərin çətinliklərini hələ də yaşayır"

“Azərbaycan, Gürcüstan və Ukrayna həll edilməyən problemlərdən yaranan çətinlikləri yaşadı və hələ də yaşayırlar”.

Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənub Şərqi Avropa Əməkdaşlıq Prosesi Zirvəsində çıxışı zamanı bildirib.

Rəcəb Tayyib Ərdoğan daha sonra deyib ki, Türkiyənin cənubunda dövlət qurmağa cəhd etdlər.

Prezident Ərdoğan həmçinin Suriyadakı - PKK, PYD/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizə aparan ilk ölkə Türkiyədir deyib. O eləcə də, qeyd edib ki, İŞİD terroru təşkilatından Suriya, ölkəmiz Avropa və Dünyanın da təhlükəsizliyinə qatqı sağladıq və bu terror təşkilatının 4 500 üzvünü zərərsizləşdirdik deyib.

“Şimali Kipr Türk Respublikasının iki dövlət təklifini dəstəkləyirik. Aralıq dənizinin şərqi ilə bağlı Konfransın keçirilməsi təklifimiz hələ də müzakirə mövzusudur. Enerji mənbələrinin əməkdaşlığını asanlaşdırmaq bizim əlimizdədir. Bu yaxınlarda Yunanıstanla razılığıa gəlməyimizdən məmnunuq. Qədim dövlət ənənəsi həm də qədim diplomatiya mədəniyyəti deməkdir. Diplomatiya üç qitəni əhatə edən Afro-Avrasiya ölkəsi olan Türkiyənin geniş bir baxışı ilə həyata keçirilir”, - Türkiyə prezidenti qeyd edib.

Türk lider ölkəsinin terrorçuluğa qarşı mübarizəsindən, Türkiyəyə sığınan qaçqınlara yardımdan da bəhs edib.

 

ŞƏRH YAZ
0