Baş infeksionist:
18.06.2021 19:42
812
Sağlamlıq
A
Baş infeksionist: "Komendant saatı" götürüləcək

"Yəqin ki, hərəkət məhdudiyyəti götürüləcək"

Aktual.ge xəbər verir ki, bunu Tbilisi İnfeksiya Xəstəlikləri Xəstəxanasının direktoru, baş infeksionist Tengiz Tsertsvadze jurnalistlərə müsahibəsində deyib.

Baş infeksionist hesab edir ki, yerdə qalan məhdudiyyətlərin qaldırılmalıdır, çünki epidemioloji vəziyyət bizi buna aparır.

“Fikrimcə, qalan məhdudiyyətlər götürülməlidir. Epidemioloji vəziyyətdə buna doğru irəlləyir. Hansı məhdudiyyətlər qalır? Yalnız "Komendant saatı" və minimum müddət. Yəqin ki, "Komendant saatı" da aradan qaldırılacaq. Ancaq bu, dünyanın hər yerində deyil. Bizdən fərqli olaraq, qabaqcıl Avropa ölkələrində məhdudiyyətlər azalmağa başladı",-deyə o, qeyd edib.

T.Tsertvadze bildirib ki, Gürcüstanda yalnız 2021-ci ilin sonuna qədər klinik sektorun asanlıqla həll edəcəyi virus halları olacaq, amma bundan əvvəl, avqustun sonu və ya sentyabrın əvvəlindən etibarən ölkədə yayılmış virusun dördüncü bir dalğası ola bilər, əvvəlki dalğalardan fərqli olaraq, mülayim olacaq.

Baş infeksionist dördüncü dalğadan tamamilə yayınmaq üçün əhaliyə yay mövsümündə intensiv şəkildə maska taxmağı tövsiyə edir.

ŞƏRH YAZ
2