Rusiya Türkiyə ilə aviaəlaqəni bərpa etdi
18.06.2021 20:55
428
Dünya
A
Rusiya Türkiyə ilə aviaəlaqəni bərpa etdi

Rusiya iyunun 22-dən etibarən Türkiyə ilə aviaəlaqələri bərpa edir.

Aktual.ge xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova deyib.

Qolikovanın sözlərinə görə, qərar Türkiyəyə səfər edən təftiş qrupunun yekun rəyləri əsasında qəbul edilib.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar Türkiyə ilə müntəzəm və çarter uçuşlarını aprelin 15-dən iyunun 1-nə kimi dayandırmışdı. Daha sonra bu qadağa iyunun 21-nə kimi uzadılmışdı.

ŞƏRH YAZ
2