Batumidə beynəlxalq futbol turniri keçirilir - FOTO
26.06.2021 17:42
691
İdman
A
Batumidə beynəlxalq futbol turniri keçirilir - FOTO

Gürcüstanın Acara Muxtar Respublikasının paytaxtı Batumidə beynəlxalq futbol turniri keçirilir.

Aktual.ge xəbər verir ki, Dünya Futbol Federasiyasının təşkilatçılığı ilə 25- 27 iyun tarixlərində Batumidə dünya üzrə futbol turniri keçirilir.

Eyni zamanda Azərbaycanın Futnet Federasiyası və Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) əməkdaşlığı formatında ilk təşəbbüs - Batumi şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanın Futnet üzrə milli komandasının formalarının üzərində İnteqrasiya mərkəzinin adı qeyd edilib.

FİFA hakimi və Dünya Futbol Federasiyasının baş katibi Əfqan Həmzəyev bildirib ki, turnirdə 13 ölkənin 16 komandası iştirak edir, püşk atma ilə komandalar 4 qrup olaraq mübarizə aparacaqlar. 

Məlumat üçün bildirək ki, turnirdə iştirak edəcək 13 ölkə arasında Albaniya, Yunanıstan, İsrail, İtaliya, İran, Gürcüstan, Moldova, Ukrayna, Uels, Azərbaycan və s. ölkələr yer alır.

ŞƏRH YAZ
0