Anar Kərimov Tbilisidə görkəmli azərbaycanlıların panteonunu ziyarət edib
07.07.2021 14:46
146
Mədəniyyət
A
Anar Kərimov Tbilisidə görkəmli azərbaycanlıların panteonunu ziyarət edib

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Tbilisidə, Milli Botanika bağı ərazisində yerləşən görkəmli azərbaycanlıların dəfn olunduğu panteonu ziyarət edib.

Aktual.ge xəbər verir ki, nazir dövlət xadimləri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, böyük ədiblər - Mirzə Fətəli Axundov və onun ailə üzvləri, Mirzə Şəfi Vazehin məzarları üzərinə gül dəstələri düzüb.

Ziyarətdə Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, "SOCAR Energy Georgia" şirkətinin Baş direktoru Mahir Məmmədov da iştirak edib.

Azərbaycan nümayəndə heyəti görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanovun xatirə muzeyinə də baş çəkib, mədəniyyət ocağının fəaliyyəti və ekspozisiyası ilə tanış olub.

ŞƏRH YAZ
1