TİKA başqanı Gürcüstana gəlib - FOTO
08.07.2021 15:30
323
Mədəniyyət
A
TİKA başqanı Gürcüstana gəlib - FOTO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) sədri Serkan Kayalar, TİKA-nın Gürcüstanda həyata keçirdiyi layihələrin açılış mərasimlərini etmək üçün paytaxt Tbilisiyə gəlib.

Aktual.ge xəbər verir ki, TİKA Başqanı Serkan Kayalar nümayəndə heyəti ilə birlikdə eləcə də, Gürcüstan Müdafiə nazirinin müavini Lela Çikovani TİKA-nın Tbilisidə göstərdiyi dəstək ilə Gürcüstan Milli Reabilitasiya Mərkəzinin açılış mərasimini edib.

Daha sonra Mərkəzdə görülən işlərlə tanış olan TİKA rəhbəri, burada olan qaziləri və pediatrik xəstələri ziyarət edib.

Gürcüstan Milli Reabilitasiya Mərkəzinin rəhbəri Tea Eristavi, Türkiyənin dəstəyi ilə rəhbərlik etdiyi qurumun müasir standartlara uyğun olaraq təmir olunduğunu bildirib və dəstəyə görə Türkiyəyə eləcə də, TİKA-ya minnətdarlığını ifadə edib.

Jurnalistlərə açıqlama verən S.Kayalar, bu gün burada belə bir mərkəzə dəstək olduğumuz üçün özümü çox xoşbəxt hissedirəm deyib: 

 “TİKA olaraq, Millii Reabilitasiya və Adaptasiya Mərkəzində çox istiqamətli bir müalicə mərkəzinə göstədiyimiz dəstək üçün xoşbəxtik. TİKA olaraq bu Mərkəzlə 2013-cü ildən bəri müxtəlif layihələr həyata keçirdik. Bu layihə həyata toxunan, həm əsgərlərin, həm də mülki insanların həyatını dəyişdirən bir layihədir. Biz də belə bir layihənin bir hissəsi olduğumuz üçün xoşbəxtik. İnşaAllah, TİKA olaraq dost Gürcüstanda bundan sonra da layihələrimizi artıraraq davam etməyə çalışdığımızı bildirmək istəyirəm".

Məlumat üçün bildirək ki, Tbilisidə yerləşən Gürcüstan Milli Reabilitasiya Mərkəzi təqribən 50 ildir ki, təmirsiz vəziyyətdə imiş. 2 il bundan əvvəl TİKA sözügedən mərkəzə texniki avadanlıq dəstəyi göstərib, bu il isə həmin mərkəzi bərpa edib.

ŞƏRH YAZ
2