Marneulidə İmam Hüseyn ehsanı paylanılır - FOTO
23.08.2020 14:21
869
Din
A
Marneulidə İmam Hüseyn ehsanı paylanılır - FOTO
Marneuli rayonunun mərkəzi Rustaveli küçəsində Məhərrəm ayı ilə əlaqədar Hz İmam Hüseyn (ə.s) ehsanı paylanılır. Aktual.ge xəbər verir ki, sözügedən ehsan Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi (ÜGMADİ) və İmam Əli (ə.s) Xeyriyyə Fondunun təşkilatçılığı və xeyirsevər insanların dəstəyi ilə təşkil olunub. Marneuli rayonunun mərkəzində quraşdırılan ehsan stendində su, çay, halva və müxtəlif növlü şirik çörklər paylanılır vətəndaşlara. ÜGMADİ-nin sədri və şeyxi Mirtəqi Əsədov bildirib ki, 21 avqust tarixindən Marneuli rayonunun mərkəzi bazarında Məhərrəm ayının gəlişi ilə bağlı xeyir sevər xalqımızın dəstəyi ilə ÜGMADİ və İmam Əli (ə.s) xeyriyyə fondunun təşkilatçılığı ilə ehsan paylanılır: "Bu gündən etibarən isə Məhhərəm ayının 8-nə qədər biz Marneuli rayonunun müxtəlif yerlərində İmam Hüseyn (ə.s) ehsanı paylamağa davam edəcik".
ŞƏRH YAZ
3