Avro-2020 final görüşü başa çatdı - Kubok sahibinə qovuşdu
12.07.2021 02:00
194
İdman
A
Avro-2020 final görüşü başa çatdı - Kubok sahibinə qovuşdu

Futbol üzrə Avropa çempionatında final oyunu keçirilib.

Aktual.ge xəbər verir ki, həlledici oyunda İngiltərə və İtaliya yığmaları üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda təşkil olunmuş matçı 67 min 173 nəfər izləyib.

Oyunda hesab erkən açılıb. 1 dəqiqə 57-ci saniyədə Lük Şou İngiltərə millisini hesabda irəli çıxarmaqla yanaşı, Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, meydan sahiblərinin ilk hissə ərzində yeganə təhlükəli epizodu olub.

İtaliya yığması isə bərabərlik qolunu vurmaq üçün hücuma atılıb və istəyinə 67-ci dəqiqədə çatıb. Leonardo Bonuççi rəqib qapısı qarşısındakı qarışıqlıqdan sonra topu tora göndərib – 1:1.

Görüşün əsas vaxtı elə bu hesabla başa çatıb.

AVRO-2020-də isə əlavə vaxtda da qalib müəyyənləşməyib və nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv 3:2 hesabı ilə qalib gəlib.

Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub.

ŞƏRH YAZ
0