DİN Marneulidəki qanlı hadisə ilə bağlı AÇIQLAMA VERDİ - Qatil saxlanıldı (VİDEO)
21.07.2021 11:31
2503
Kriminal
A
DİN Marneulidəki qanlı hadisə ilə bağlı AÇIQLAMA VERDİ - Qatil saxlanıldı (VİDEO)

Marneulinin Yuxarı Saral kəndində baş vermiş cinayət hadisəsi ilə əlaqədar 1 nəfər saxlanılıb.

Bu barədə Aktual.ge xəbər portalına Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Nazirlikdən verilən məlumata əsasən, DİN-in Kvemo Kartli Polis Departamentinin əməkdaşları cinayət faktı ilə bağlı 1992 təvəllüdlü E.A.-nı saxlayıb.

Bildirilib ki, E.A. Ağırlaşdırılmış şərtlər altında iki və ya daha çox ailə üzvünün qəsdən öldürülməsi və ağırlaşdırıcı şərtlərlə iki və ya daha çox ailə üzvünün qəsdən öldürülməsinə cəhddə ittiham olunur və onu ən çox 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

"İstintaq, təqsirləndirilən şəxsin, bu ilin 21 iyul tarixində, keçmişdə baş vermiş münaqişə zəminində Marneulinin Yuxarı Saral kəndində yaşadıqları evdə keçmiş həyat yoldaşı - 1994-cü il təvəllüdlü G.P. və atası 1969-cu il təvəllüdlü İ.P.-nı qətlə yetirib, 1974 təvəllüdlü anası S.A. və qardaşı 1996 təvəllüdlü A.P.-nı isə yaralamışdır. Sonra isə hadisə yerindən qaçmışdır. Yaralı S.A. və A.P. tibbi müəssisəyə aparılmış və burada müvafiq tibbi yardım göstərilmişdir. Onların həyatı üçün hər hansı təhlükə yoxdur. Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra isti izlərlə təqsirləndirilən şəxsi gözaltına alıblar. Polis sübut şəklində odlu silahı götürüb",-deyə verilən məlumatda bildirilib.

Qeyd olunub ki, iki və ya daha çox ailə üzvünə qarşı ağırlaşdırıcı şərtlərlə törədilən qəsdən adam öldürmə və iki və ya daha çox ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə törədilən qəsdən adam öldürməyə cəhd faktlarının araşdırılması üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima, 109-cu maddənin 2-ci hissəsinin "V" althissəsi və 3-cü hissənin "a" althissəsi, eləcə də 11-ci primanın 19-109-cu maddənin 2-ci hissəsinin "V" althissəsi və 3-cü hissəsinin "A" althissəsi ilə başladılıb.

ŞƏRH YAZ
7