Keçmiş kürəkən tərəfindən yaralanmış qadın və oğlu klinikadan buraxılıblar
21.07.2021 15:05
529
Hadisə
A
Keçmiş kürəkən tərəfindən yaralanmış qadın və oğlu klinikadan buraxılıblar

Marneulidə keçmiş kürəkəni tərəfindən silahla yaralanmış qadın və oğlu klinikadan buraxılıb.

Aktual.ge xəbər verir ki, "Geo Hospitals" klinikasının direktoru Tata Şenqelianın sözlərinə görə, qadın və oğlu aldığı xəsarətlərdən müalicə alaraq klinikanı tərk ediblər.

"Saat 0:45-də 26 yaşlı qadın və 50 yaşlı kişi ölmüş vəziyyətdə klinikamıza gətirildi. Başlarında bir yara var idi. Ölən qadının anasına gəldikdə isə, onun yuxarı əzasında güllə yarası və sınıq var idi. Yara müalicə edilərək qadın və oğlu evlərinə buraxılıblar", - deyə Tata Şenqelia bildirib.

ŞƏRH YAZ
0