Prezident və Parlamentin sədri müsəlmanların Qurban bayramını təbrik etməyib
22.07.2021 00:12
542
Siyasət
A
Prezident və Parlamentin sədri müsəlmanların Qurban bayramını təbrik etməyib

Gürcüstan Prezidenti Salome Zurabişvili və Parlamentin sədri Kaxa Kuçava müsəlman həmvətənlərinin Qurban bayramını təbrik etməyib.

Aktual.ge-nin verdiyi xəbərə görə, Prezident və Parlamentin sədri rəsmi sosial şəbəkələrində Qurban bayramı ilə əlaqədar heç bir təbrik paylaşımı edilməyib.

Baş nazir İrakli Qaribaşvili, hakim "Gürcü Aruzusu", müxalif "Vahid Milli Hərəkat", "Avropalı Gürcüstan", "Lelo" partiyası eləcə də, "Leyboristlər" partiyasının lideri Şalva Natelaşvili müsəlman həmvətənlərini Qurban bayramı münasibətilə rəsmi "Facebook" səhifələrində təbrik mesajı paylaşaraq təbrik ediblər.

Məlumat üçün bildirək ki, rəsmi mənbələrə görə Gürcüstan əhalisinin təqribən 11%-ı müsəlmanlar təşkil edir.

(Xəbər yenilənib)

​​
 

ŞƏRH YAZ
13