İstilərə qarşı bunu edərək dünyanın diqqətini özlərinə cəlb etdilər
22.07.2021 01:30
878
Siyasət
A
İstilərə qarşı bunu edərək dünyanın diqqətini özlərinə cəlb etdilər

Hava hərarətinin 50 dərəcəyə qədər yüksəldiyi Birləşmiş Ərəb Əmirliklərində istilərlə mübarizədə qeyri-adi üsuldan istifadə edilir.

Aktusl.ge xəbər verir ki, bu məqsədlə ölkədə süni yağış texnologiyası tətbiq olunur.

İngiltərənin Ridinq Universitetinin alimləri tərəfindən hazırlanan texnologiya dronlar vasitəsilə buludlara elektroşok verilməsini nəzərdə tutur. Bu üsulla Dubayda intensiv yağışlar yağdırılır.

Qeyd edək ki, BƏƏ ildə 78 millimetr yağıntı səviyyəsilə dünyanın 10 ən quralıq ərazisindən biri hesab olunur.

ŞƏRH YAZ
1