Marneulinin Xocornu kəndində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir
22.07.2021 14:28
329
Maraqlı
A
Marneulinin Xocornu kəndində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir

Marneuli bələdiyyəsinin Xocornu kəndinə gedən 2 min 784 metr uzunluğunda yolun tikintisi başa çatdırılıb.

Aktual.ge xəbər verir ki, sözügedən layihə mərkəzi və yerli büdcələr tərəfindən birgə maliyyələşdirilib və dəyəri 727 min 330 laridir.

Həmçinin, Xocornu kəndində ümumi dəyəri 237 min 095 lari olan 5 kilometrlik mərkəzi içməli su borusunun dəyişdirilməsi layihəsi də həyata keçirilir.

Genişmiqyaslı infrastruktur layihəsi yerli büdcədən 11 min 855 lari və Regional İnkişaf Fondundan 225 min 240 lari ilə maliyyələşdirilir.

Magistral yolun bərpasından sonra Xocornu kəndinin 920 sakini içməli su ilə təmin ediləcək.

ŞƏRH YAZ
0