Marneulidə avtomobil aşıb - Yaralı var
24.08.2020 19:00
2569
Hadisə
A
Marneulidə avtomobil aşıb - Yaralı var
Bu gün günün ikinci yarısında Marneuli rayonunun Sadaxlı-Mollaoğlu yolunda yol qəza hadisəsi baş verib. Aktual.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, "Kia" markalı cip körpüdən aşaraq istifadəyə yararsız vəziyyətə düşüb. Şahidlərin sözlərinə görə, hadisə ötmə əməliyyatı zamanı baş verib. Belə ki, adıçəkilən avtomobil körpünün üstündə ötmə əməliyyatını yerinə yetirən vaxt yoldan çıxaraq körpüdən aşıb. Hadisə nəticəsində sürücü xəsarətlər alıb və dərhal xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
7