Ermənistan-Gürcüstan sərhədində baş verən partlayışda ölən şəxs Marneuli sakinidir - VİDEO
24.07.2021 14:54
1083
Hadisə
A
Ermənistan-Gürcüstan sərhədində baş verən partlayışda ölən şəxs Marneuli sakinidir - VİDEO

Ermənistanın İstintaq Komitəsi Ermənistanın Baqrataşen kəndi yaxınlığında avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində bir nəfərin öldüyü məlumatını yayıb.

Akual.ge-nin Interpress-ə istinadən xəbər verir ki, həyatını itirən şəxs Marneulinin Şulaveri kənd sakini 35 yaşlı Armen Sarkisyan olub.

Hadisə 22 iyul 15:10 radələrində qeydə alındığı bildirilib.

Ermənistan tərəfin yaydığı məlumata görə, “Mersedes Benz E-350” markalı avtomobili Baqrataşen kəndindən Gürcüstan sərhədinə doğru sürürərkən partlayış baş verib. Nəticədə sürücü yerindəcə ölüb.

Hazırda mərhumun cəsədi Gürcüstan gətirilib və dəfn işləri aparılır.

Qeyd edək ki, Ermənistan tərəfin daha əvvəl yaydığı  məlumatdı, səhv məlumat verilərək ölən şəxsin Ermənistanın Vanadzor kəndindən olduğu bildirilmişdi.

ŞƏRH YAZ
0