Marneulidə şairə Səadət Butanın 70 illik yubileyi qeyd edilib
25.07.2021 11:46
147
Mədəniyyət
A
Marneulidə şairə Səadət Butanın 70 illik yubileyi qeyd edilib

Marneuli rayonunda şairə Səadət Butanın 70 illik yubileyi qeyd edilib.

Aktual.ge xəbər verir ki, ziyalıları iştirak etdiyi tədbirdə şairənin həyat və yaradıcılığından bəhs olunub.

Bildirilib ki, Səadət Ömər qızı Abdullayeva (Səadət Buta) 1951-ci ildə Dmanisi rayonunun qədim Dəmirçi Hasanlı (indiki Qızılkilsə) kəndində müəllim ailəsində anadan olub. Hələ uşaq yaşlarından şeirə, ədəbiyyata meyili olan Səadət Abdullayeva ilk şeirini 6-cı sinifdə oxuyarkən yazıb. Gənc şairənin ilk şeiri “Trialeti” adlı rayon qəzetində işıq üzü görüb.

Qeyd olunub ki, şairənin yaradıcılığında Vətənə, torpağa, xalqa sevgi, bağlılıq əsas yer tutub. Şairə hər zaman yaradıcılığında gəncləri Vətəni, torpağı sevməyə çağırıb.

Səadət Butanın bu günədək 15-dən çox kitabı işıq üzü görüb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Səadət Buta 2001-ci ildə Gürcüstanın yüksək “Şərəf” ordeni ilə təltif olunub.

Onun “Dağlar məni çağırır”, “Həsrət çələngi”, “Vətən həsrəti”, “Mənim körpəm mənim dünyam” və s. kitabları ədəbiyyatsevərlərin stolüstü kitabına çevrilib. Şairənin Azərbaycan şeiri isə dillər əzbəridir.

Sonra söz üstadları Səadət Butanın şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

ŞƏRH YAZ
2