VƏTƏNDAŞLARA ŞAD XƏBƏR - Bu cərimələr silinə bilər
26.07.2021 10:57
1173
Maraqlı
A
VƏTƏNDAŞLARA ŞAD XƏBƏR - Bu cərimələr silinə bilər

İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsi ilə Hüquq İşləri Komitəsi, hökumət tərəfindən təşəbbüs göstərilən pandemiyanın tətbiq etdiyi qaydaları pozduğuna görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərə əfvin tətbiq ediləcəyi qanunvericilik paketini dəstəkləyib.

Aktual.ge xəbər verir ki, layihə komitələrə Gürcüstan Hökumətinin Parlament katibi Beka Doçviri tərəfindən təqdim edilmişdi.

Doçvirinin sözlərinə görə, sözügedən qanunlayihəsinə görə, Gürcüstandan olan 245 min nəfər inzibati cərimələrdən azad ediləcək və ümumi 76 milyon lariyə qədər olan cərimə silinəcək.

"Təklif olunan təşəbbüs 23 iyun tarixinə qədər karantin və təcridetmə pozuntuları ilə əlaqəli həm inzibati, həm də cinayət məsuliyyəti törətmiş vətəndaşların cərimələrdən azad olunmasıdır. Bu, 245 min nəfər Gürcüstan vətəndaşına şamil ediləcək və 76 milyon lariyə qədər cərimə silinəcək”, - deyə Beka Doçviri bildirib.

ŞƏRH YAZ
0