Rustavidə aksizsiz tütün məhsullarının saxlanması və daşınması faktları aşkar edildi
26.07.2021 15:08
374
Maraqlı
A
Rustavidə aksizsiz tütün məhsullarının saxlanması və daşınması faktları aşkar edildi

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Vergi Monitorinqi Departamentinin Monitorinq şöbəsinin əməkdaşları Martvili, Rustavi və Tbilisidə həyata keçirilən tədbirlər nəticəsində 2.5 kq tütün və 501 qutu aksizsiz tənbəki məhsullarının qanunsuz saxlanılması və daşınması halları aşkar edib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəsmi saytında məlumat dərc edilib.

Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 192-cü maddəsinin 5-ci hissəsinə əsasən, qanun pozuntusu edən vətəndaşlardan aksiz malları müsadirə edilib.

Qeyd olunan faktlar üzrə, cinayət törətmiş şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 1552-ci maddəsinə əsasən, inzibati xətanın protokolları tərtib edilmiş və materiallar məhkəməyə göndərilmişdir.

ŞƏRH YAZ
0