Baş nazir əhaliyə çağırış edib əlavə etdi:
27.07.2021 02:00
505
Dünya
A
Baş nazir əhaliyə çağırış edib əlavə etdi: "Bağlanma" olmayacaq

Baş nazir İrakli Qaribaşvili ölkədə növbəti “lokdaun”un tətbiq edilməsini istisna edib.

Aktual.ge xəbər verir ki, o eyni zamanda, ciddi bir məhdudiyyət tətbiq olunmayacağını da deyib.

Bunun səbəbi Gürcüstanın növbəti qapanmadan xilas ola bilməyəcəyi və ciddi məhdudiyyətlərin iqtisadiyyata ziyan vurmasıdır.

Hökumət başçısının sözlərinə görə, respublika rəhbərliyi fərqli bir yol seçib:

“Bu, idarəetmə yoludur. Pandemiyanı effektiv şəkildə idarə etmək üçün hər şeyi etməliyik. Ölkəmiz artıq yeni bir qapanmaya tab gətirə bilməyəcək”.

Gürcüstanın ABŞ-dan yarım milyon doza “Pfizer” peyvəndi aldığını xatırladan İ.Qaribaşvili vətəndaşları vaksinasiyaya çağırıb.

ŞƏRH YAZ
0