Bu, Türkiyədən aldığımız dərsdir - Spiker
27.07.2021 10:12
212
Dünya
A
Bu, Türkiyədən aldığımız dərsdir - Spiker

Bir çevriliş olduğu zaman küçələrə çıxmalı olduğumuzu öyrəndik. Bu, Türkiyədən aldığımız dərsdir.

Aktual.ge xəbər verir ki, bunu Tunis parlamentinin spikeri, Nahda Hərəkatının lideri Rəşid Qannuşi bildirib.

Qannuşi Tunisdəki çevriliş cəhdinin və Nahda binalarının hədəf alınmasının arxasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mediasının olduğunu söyləyib:

"Xəbəri eşidən kimi küçələrə çıxdıq, əvvəlcə partiyanın qərargahına, daha sonra parlamentin binasına getdik, ancaq qapılar üzümüzə bağlandı".

Qeyd edək ki, iyulun 25-də Tunis lideri Kais Səid parlamenti buraxıb, deputatların toxunulmazlığını ləğv edib. Eyni zamanda, Hişam əl-Meşişi Baş nazir vəzifəsindən kənarlaşdırıb.

ŞƏRH YAZ
0