Marneulinin Qızılhacılı kəndində yaşayış evini yandırıblar - FOTOLAR
27.07.2021 12:30
1143
Siyasət
A
Marneulinin Qızılhacılı kəndində yaşayış evini yandırıblar - FOTOLAR

Marneuli rayonunun Qızılhacılı kəndində yaşayış evinin yandırıldığı iddia olunur. 

Bu barədə məlumatı Aktual.ge xəbər portalının əməkdaşı hadisə yerindən əldə edib.

Mövcud məlumatlara görə, hadisə 27 iyul səhər saat 04:00 radələrində baş verib. Kənd sakinlərinin iddiasına göre, hadisə qəstdən törədilib.

Əldə olunan məlumata görə, yanan evin sahibləri uzun müddətdir Rusiyada yaşayırmış. Yanan evinin ikinci qatındaki otaqlar və daxilindəki əşyalar tamamilə yanaraq külə dönüb.

Digər bir versiyaya görə isə evin yanmasına səbəb elektrikdə olan problemdən qaynaqlanıb.

Hazırda hadisə yerində kriminal polis və ekspert araşdırma aparır.

Aktual.ge bu dəqiqlərdə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır. 

ŞƏRH YAZ
1