Sutkalıq yoluxma və ölüm sayı Səhiyyə sistemini ŞOK ETDİ - 3 000+
27.07.2021 12:48
566
Sağlamlıq
A
Sutkalıq yoluxma və ölüm sayı Səhiyyə sistemini ŞOK ETDİ - 3 000+

Gürcüstanda ötən sutkada daha 3 666 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 335 nəfər sağalıb.

Aktual.ge xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində 17 yeni ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 407 689 nəfərdə aşkarlanıb. Onların 376 088-i sağalıb, 5 731-i vəfat edib.

Bu günə olan aktiv xəstə sayı 25 844 nəfərdir.

ŞƏRH YAZ
7