Mərkəz rəhbəri açıqladı - Seçki dövrü maska taxmaq məcburi olacaq
27.07.2021 13:18
491
Sağlamlıq
A
Mərkəz rəhbəri açıqladı - Seçki dövrü maska taxmaq məcburi olacaq

"Xüsusilə seçkiqabağı dövrdə açıq havada maska taxmaq məcburi olacaq".

Aktual.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

"Bu gün Şurada müzakirə etdiyimiz ilk məsələlərdən biri də peyvəndlənməni gücləndirmək və eyni zamanda mümkün qədər maska taxılması məsələsi oldu. Qapalı məkanlarda və insanların toplaşdığı açıq məkanlarda, xüsusilə seçkiqabağı dövrdə, maska taxmaq məcburi olacaq. Əsas odur ki, böyük yığıncaqlara tam qadağa qoyulsun, əyləncə, toy, qonaqlıq, konsert kimi məclislərin qarşısı alınmalıdır. Bundan əlavə, sərhədə nəzarət etmək lazımdır", - deyə A.Qamkrelidze qeyd edib.

ŞƏRH YAZ
0