Qızılhacılıda yandırılan evin EKSKLÜZİV GÖRÜNTÜLƏRİ - VİDEO
27.07.2021 14:02
1664
Kriminal
A
Qızılhacılıda yandırılan evin EKSKLÜZİV GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi, iddiaya görə, Marneuli rayonunun Qızılhacılı kəndində bir yaşayış evi yandırılıb. 

Bununla bağlı Aktual.ge xəbər portalına eksklüziv görüntülər daxil olub.

Aktual.ge-nin əməkdaşı ilə hadisə yerində söhbət edən ətraf sakinlər deyib: "Elektrikdən yanğının sızması çox az bir ehtimaldır, çünki ötən gecə işiqlar yanmırdı, çox böyük ehtimal ki, ev qəstdən yandırılıb, çünki darvazanın girişində və evin hasarlarında ayaq izləri var, ekspertlər araşdırma aparır hər şey məlum olacaq".

Qonşuların sözlərinə görə, yanğın saat təqribən 04:00 radələrində baş verib, hadisə yerinə yanğın söndürən briqadası gələnə qədər qonşularda alovun söndürülməsi üçün səy göstərib və olay yerinə Fövqaladə Hallar İdarəsinin 2 yanğın söndürmə briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
3