İqtidar lideri az əvvəl elan etdi: Bu tarixə qədər rayonlar üzrə mer namizədlərini təqdim edəcəyik
27.07.2021 14:32
502
Siyasət
A
İqtidar lideri az əvvəl elan etdi: Bu tarixə qədər rayonlar üzrə mer namizədlərini təqdim edəcəyik

Hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxixinin sözlərinə görə, rayonlar üzrə mer namizədləri bu həftənin sonunadək təqdim ediləcək.

Aktual.ge xəbər verir ki, o, eyni zamanda əlavə edib ki, bələdiyyələr üzrə majoritar namizədlərdə yaxın həftələrdə irəli sürüləcək.

İqtidar lideri proporsional bələdiyyələr üzrə proporsional siyahılardan da söz açıb.

"Siyahılara gəlincə, proporsional siyahı namizədləri təqdim etmək üçün son tarix 2 sentyabrdır, bundan əvvəl işləmə müddətimiz olacaq. Siyahılar üzərində iş yaxın gələcəkdə tamamlanacaq",-deyə İ.Kobaxidze məlumat verib. 

Qeyd edək ki, Gürcüstanda bu il 2021 Yerli Özünüidarəetmə seçkiləri 2 oktyabr tarixində keçiriləcək.

ŞƏRH YAZ
5