Kateqoriyalar
Daxili İşlər Nazirliyindən (DİN) gələn son dəqiqə məlumatına görə, Marneuli rayonunun Qızılhacılı kəndindəki bir yaşayış evində baş verən yanğınla əlaqədar araşdırma davam edir.
Aktual.ge xəbər portalına DİN-dən verilən məlumata görə, evin yanma səbəbi hələki məlum deyil və araşdırma aparılır.
"Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq başlayıb",-deyə Nazirlikdən bildirilib.
Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 187-ci maddəsi əşyaya ziyan vermək və ya məhv etməyi nəzərdə tutur.