Əlverişsiz hava şəraitindən dolayı Kiyev-Batumi təyyarəsi təcili Tbilisiyə eniş etdi
27.07.2021 15:49
292
Hadisə
A
Əlverişsiz hava şəraitindən dolayı Kiyev-Batumi təyyarəsi təcili Tbilisiyə eniş etdi

Güclü yağış səbəbi ilə Kiyevdən Batumiyə uçan sərnişin təyyarəsi müvəqqəti olaraq Tbilisi Beynəlxalq Hava Limanına eniş edib.

Aktual.ge xəbər verir ki, bu barədə Batumi Beynəlxalq Hava Limanından yerli mətbuata bildirilib.

Qeyd olunub ki, Kiyev-Batumi reysinin sərnişinləri Tbilisi Hava Limanında bir neçə saat qaldıqdan sonra təyyarə ilə yenidən Batumiyə qayıdıblar.

Bundan əlavə Batumi Beynəlxalq Hava Limanı nümayəndələri bildirilib ki, əlverişsiz hava şəraitindən dolayı digər istiqamətlərə uçuşlar təxirə salınmayıb.

Məlumat üçün bildirək ki, Batumiyə yağan şiddətli yağış şəhəri iflic edib.

ŞƏRH YAZ
0