27.07.2021 20:45
466
Siyasət
A
"Aktual"ın məlumatına görə, "Gürcü Arzusu"nun Bolnisi mer namizədi Davit Şerazadişvili olacaq

2021 Yerli Özünüidarəetmə seçkilərində hakim "Gürcü Arzusu"nun Bolnisi rayonu üzrə mer namizədi növbəti dəfə Davit Şerazadişvili olacaq.

Bu barədə Aktual.ge xəbər portalı etibarlı mənbədən məlumat əldə edib.

Əldə olunan məlumata görə, Bolnisi rayonunun meri D.Şerazadişvili növbəti dəfə merlik uğrunda mübarizə aparacaq.

Etibarlı mənbənin verdiyi məlumata görə, bununla bağlı artıq hakim komanda qərar qəbul edib və o, artıq Bolnisidə qeyri-rəsmi görüşlərə başlayıb.

D.Şerazadişvili Aktual.ge-yə müsahibəsində sözügedən məlumatı nə təsdiq edib nə də təkzib etməyib: "Bu ola bilər, olmasını istəyirəmdə".

ŞƏRH YAZ
9