Gürcüstanlı
28.07.2021 01:24
510
Kriminal
A
Gürcüstanlı "Qanuni oğru" Ukraynada silahdaşı ilə birlikdə saxlanılıb

Ukraynanın, Xarkov bölgəsində, Levan Qalskiy adlı bir "qanuni oğru" və onun 31 yaşlı adı açıqlanmayan silahdaşı "kriminal avtoritet" saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuat məlumat yayıb.

Bildirilib ki, onlar sərhədi qanunsuz keçməyə cəhd göstəriblər.

Məlumata əsasən, Levan Qalskiy ləqəbli 42 yaşlı "qanuni oğru" Levan Buliskiria, Rusiya Federasiyasının vətəndaşıdır. O, bu ilin may ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısına daxil edilib.

Məlumata görə, onunla birlikdə saxlanılan 31 yaşlı "kriminal avtoritet" isə Gürcüstan vətəndaşıdır.

Qeyd olunub ki, hər ikisi haqqında Ukrayna İnzibati Xətalar Məcəlləsinin 263 maddəsi ilə istintaq açılıb.

ŞƏRH YAZ
0