Bu ölkə Gürcüstanın
28.07.2021 01:25
862
Dünya
A
Bu ölkə Gürcüstanın "qırmızı zona"ya daxil edilməsini təxirə saldı

İsrail Gürcüstan, Türkiyə, Böyük Britaniya və Kiprin "qırmızı zona"ya daxil edilməsini təxirə salıb.

Aktual.ge xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri məlumat yayıb.

Məlumata görə, İsrailin Knessetin Hüquq və Konstitusiya Komitəsi İsrailə girişlərinin 30 iyuldan etibarən məhdudlaşdırılmalı olduğu ölkələrin siyahısını genişləndirmək üçün səsverməni təxirə salıb.

Məlumat üçün bildirək ki, 23 iyul tarixində İsrailin Gürcüstandakı səfirliyi yaydığı məlumatda qeyd olunurdu ki, İsrail hökumətinin qərarına əsasən Gürcüstan 30 iyuldan etibarən "qırmızı zona" olan ölkələr siyahısına daxil ediləcək və bundan dolayı 30 iyul tarixindən etibarən İsrail vətəndaşlarının Gürcüstana səyahət etməsinə icazə verilməyəcək.

ŞƏRH YAZ
1