Sərxoş vəziyyətdə avtomobilin idarə edilməsinə görə sanksiyalar dəyişə bilər
28.07.2021 01:44
567
Siyasət
A
Sərxoş vəziyyətdə avtomobilin idarə edilməsinə görə sanksiyalar dəyişə bilər

Sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər üçün fərqli sanksiyalar tətbiq ediləcək və bu, sürücünün qanındakı etanol/alkoqol tərkibindən asılı olacaq.

Aktual.ge xəbər verir ki, Parlamentin Hüquq İşləri Komitəsi, müxalif deputatlar Levan İoseliani və Aleksandr Elisaşvili tərəfindən qanunvericilik təşəbbüsü ilə təqdim olunan "Gürcüstanın Yol Hərəkəti haqqında Qanununa dəyişikliklər edilməsi barədə" qanunlayihəsini ikinci oxunuşda müzakirə edib.

Qanun layihəsinə əsasən, alkoqollu vəziyyətdə nəqliyyat vasitəsini idarəetmə:

1) Sürücünün qanındakı etanol miqdarı 0,3-dən az və 0,7 mildən çox deyilsə, bu, nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aylıq dayandırılmasına səbəb olur.

2) Sürücünün qanındakı alkoqol miqdarı 0,7 millini keçərsə, bu, nəqliyyat vasitəsini idarə etmək hüququnun bir il dayandırılmasına səbəb olur.

Qanun layihəsinə görə, nəqliyyat vasitəsini idarə edərkən alkoqol testindən yayınmaq, nəqliyyat vasitəsini idarə etmək hüququnun bir il müddətinə dayandırılmasına səbəb olacaq.

 

ŞƏRH YAZ
0