Gürcüstanda pis hava şəraiti nə vaxtadək davam edəcək - PROQNOZ
28.07.2021 11:04
611
Maraqlı
A
Gürcüstanda pis hava şəraiti nə vaxtadək davam edəcək - PROQNOZ

Gürcüstanda 3 gün pis hava şəraiti gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən mıəlumat yayılıb.

Agentliyin məlumatına görə, Gürcüstanda iyulun 29-u səhərədək arabir şimşək çaxacaq, bəzi yerlərdə güclü olacaq. Dolu, güclü külək və dənizdə 2-3 bal gücündə dalğa ehtimalı var.

Sinoptiklər əhalini hava şəraitinin pisləşməsi ilə nəticələnən təbii fəlakətlər barədə də xəbərdar edirlər.

Gözlənilən güclü yağışlar qərbi Gürcüstanın çaylarında suyun səviyyəsini daha da artıra və ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola bilər.

ŞƏRH YAZ
1