"Hələ də xalq referendumu keçirməliyik - millətimə və tarixim qarşısında götürdüyüm öhdəlik, Gürcüstana gəlmək, bu dəfə xalq referendumundan əvvəl tam olaraq yerinə yetirəcəyəm".
Aktual.ge məlumat verir ki, bu sözlərlə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sosial şəbəkədə video mesaj yayınlayıb.
O qeyd edib ki, "Gürcü Arzusu" Şarl Mişelin sənədini ləğv edərək oktyabr referendumunda məğlub olduğunu etiraf etdi.
Onun sözlərinə görə, avqust ayında hakim komanda müxalifət mediasını bağlamağı, sonra da koronavirusla əlaqədar məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
"Dünən İvanişvili bütün dünya qarşısında oktyabr referendumunda məğlubiyyətini əvvəlcədən etiraf etdi. Dünən etdiyi işlər Gürcüstanın yaxın tarixində görünməmiş bir hadisədir. O fəlakətli şəkildə uduzacağını bildikdə bu öhdəliyi tamamilə ləğv etdi. Əlbəttə ki, onun (Bidzina İvanişvilini tutur nəzərdə - red.) planları başa düşüləndir. Bunu iyulun sonunda etdi, avqust ayında bütün dünya və bəzi gürcüstanlılar tətildə olarkən müxalifət mətbuatını bağlamaq niyyətindədi, sonra koronavirus adı altında məhdudiyyətlər qoymaq, insanları qorxutmaq niyyətindədir...
İvanişvilinin Avropa Birliyinin növbədənkənar parlament seçkiləri ilə bağlı referendumunu ləğv etdiyi şəraitdə, hələ də erkən seçkilər və İvanişvilinin hakimiyyətdən getməsi ilə bağlı ümumxalq referendumu keçirməliyik. Bu, növbəti yerli seçkilərdə baş verəcək. Hər kəs Gürcüstanda quldur dəstəsinin artıq heç bir dəstəyi olmadığını görmək üçün sona qədər mübarizə aparacağıq. Gürcüstan xalqı layiqli həyat və bu çətinliklərin öhdəsindən gəlmək istəyir. Bataqlıqda, yoxsulluqda, ümidsizlikdə yaşamaqdan bezib",-deyə M.Saakaşvili söyləyib.
O referandumdan əvvəl Gürcüstana gələcəyini bildirib.
"Bu seçkilər yenə də baş tutacaq və mən də millətim və tarixim qarşısında götürdüyüm Gürcüstana gəlmək öhdəliyimi yerinə yetirəcəyəm və bu dəfə tam olaraq, xalq referendumu öncəsi yerinə yetirəcəyəm. Bu dəfə İvanişvili Gürcüstan xalqını ayaq altına ala bilməyəcək, onun gücü bitdi. İndi sual bütün bunların düzgün tərtib edilməsindən gedir, inanın, mən sona qədər mübarizə aparacağam, sadiq qalan silahdaşlarımla heç vaxt sizə xəyanət etməyəcəyik. Bizdə hər şey alınacaq. Uzun müddət gözlədik, uzun illər itirdik, Gürcüstan artıq vaxt itirə bilməz. Sona qədər gedəcəyik və mütləq qalib gələcəyik. Bu il qələbə ilidir. Allah hər bir gürcüstanlı ailəsinə və Gürcüstana xeyir - dua versin",-deyə M.Saakaşvili qeyd edib.