Ərdoğan yanğın zonasından xalqına şad xəbər verdi
31.07.2021 23:50
960
Dünya
A
Ərdoğan yanğın zonasından xalqına şad xəbər verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manavqatdakı yanğın bölgəsinə gedib.

Aktual.ge xəbər verir ki, Ərdoğan yanğınların əksəriyyətinin lokallaşdırıldığını bildirib.

Ərdoğan yanğından təsirlənən vətəndaşlara yardımların ediləcəyini, dövlətin bütün imkanları ilə onların yanlarında olacağını qeyd edib.

Yanan ərazilərin başqa məqsədlə istifadəsinə yol verilməyəcəyini deyən Ərdoğan təkrar meşə zolağının salınacağını vurğulayıb.

Türkiyə lideri ölkəsində bir neçə gündür davam edən yanğınla əlaqədar danışıb: 

"Azərbaycan, Rusiya, Ukrayna, son anda isə İranın göndərdiyi yanğınsöndürən təyyarələrlə yanğının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb. Belə zamanlarda qardaşlığa, həmrəyliyə daha çox ehtiyac duyulur. Yanğınların əksəriyyəti nəzarət altına alınıb. Atdığımız son addımlarla yanğının söndürülməsinə cəlb edilən təyyarələrin sayı 6-dan 13-ə çatdırılıb. Yanğınla mübarizəni həssas şəkildə aparmaq məcburiyyətindəyik".

Ərdoğan qeyd edib ki, yanğından zərəçəkənlərə dəymiş ziyan tamamilə ödəniləcək.

"Yanğınların sabotaj nəticəsində törədilməsi şübhəsi hamı kimi, bizi də narahat edir. Hazırda məsələ ilə bağlı geniş araşdırma aparırılır və bütün suallara aydınlıq gətiriləcək. Terror təşkilatının rəhbərləri ötən il yanğın törətməklə bağlı göstəriş verəndən sonra ölkəmizdə yanan ərazilərin sayı 2 dəfə artmışdır. Şəhərlərimizdəki terror əlaltılarını yox etməkdə qərarlıyıq",-deyə o, qeyd edib. 

 

ŞƏRH YAZ
1