SON DƏQİQƏ! Aqil Mustafayev Marneulidə tərəfdarlarının seçkidə iştirak etməyəcəyini elan etdi
07.08.2021 11:32
1466
Siyasət
A
SON DƏQİQƏ! Aqil Mustafayev Marneulidə tərəfdarlarının seçkidə iştirak etməyəcəyini elan etdi

Son dəqiqə xəbərinə görə, müxalif "VMH" partiyasının Marneulidəki üzvləri 2 oktyabr seçkilərində iştirak etməyəcəklərini elan etdilər.

Aktual.ge xəbər verir ki, bununla əlaqədar bir az əvvəl  partiyanın Marneuli qərargahının sədri Aqil Mustafayev tərəfindən keçirilmiş brifinqdə bəyanat edilib.

"Biz "VMH"-da qalırıq, biz "VMH"-ni tərk etmirik. "VMH" bizim üçün bir böyük ailədir. Partiyanın əsas lideri olan Mixeil Saakaşvilinin apardığı reformalar bizim üçün bu gün də qəbul ediləndir və sabah da belə qalacaq.
Sadəcə biz bu seçkilərdə regional ofisin nümayəndələrinin və partiyanın müəyyən liderlərinin və bizim aramızda razılığa gələ bilmədiyimiz məsələr səbəbilə biz bu seçkilərdə iştirak etmək istəmirik. Bu gün bizə qarşı atılan addımlar onu göstərir ki, biz məcburiyyət qarşısında seçkilərdə iştirak etmirik və seçkidə kimin qalıb kimin qalmayacağı barədə danışmaq istəmirəm. Ümumiyyətlə biz seçkilərə qoşulmuruq və bu səbəbədən hər hansı bir namizəd olarsa, bu bizim maraq dairəmizdə olmayacaq",- deyə Aqil Mustafayev bəyan edib.

 

ŞƏRH YAZ
4