SON DƏQİQƏ! Marneulidə izdihamlı
18.08.2021 11:15
565
Din
A
SON DƏQİQƏ! Marneulidə izdihamlı "Tasua" yürüşü başladı - CANLI VİDEO

Bu dəqiqələrdə Kvemo-Kartli bölgəsinin Marneuli rayonunda Məhərrəm ayının 9-cu günü münasibətilə izdihamlı “Tasua” yürüşü keçirilir.

Aktual.ge hadisə yerindən xəbər verir ki, digər rayonlardan və kəndlərdən gəlmiş insanların iştirakı ilə Marneuli rayonunda “Ya Hüseyn, Ya Əbəlfəz” şüarlı “Tasua” yürüşü keçirilir.

ÜmumGürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ), İmam Əli (ə.s) Xeyriyyə Fondu, Gürcüstan Əhlibeyt Cəmiyyəti həmin təşkilatın daxilində fəaliyyət göstərən Əhlibeyt Aşiqlər Forumu , Xanım Zeynəb Qadınlar təşkilatı və digər məscidlərin də dəstəyi ilə keçirilən “Tasua” yürüşü Marneulidə yerləşən Əhlibeyt Cəmiyyətinin önündən başlayıb və İmam Əli (ə.s) məscidinin önündə yekunlaşacaq.

Məlumat üçün qeyd edək ki, “Tasua” günü Məhərrəm ayının doqquzuncu gününü nəzərdə tutur. Hicri qəməri təqvimlə 61-ci ilin Məhərrəm ayının doqquzunda (Tasuada) İraqın Kərbəla çölündə Peyğəmbər əfəndimiz Hz. Məhəmmədin (s.a.v.) əziz nəvəsi İmam Hüseyn (ə) və onun yaxınları Ömər ibn Sədin qoşunları tərəfindən mühasirəyə alınıb. Elə həmin gün Hz. Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi Hz. İmam Hüseyn (ə) və onun yaxınlarının üzünə su yolları bağlanıb.

ŞƏRH YAZ
0