Marneulidə yüzlərlə insana ehsan paylanıldı - FOTO
19.08.2021 01:26
709
Din
A
Marneulidə yüzlərlə insana ehsan paylanıldı - FOTO

Məhərrəm ayının 9-cu günü, 18 avqust Marneuli rayonunda yerləşən Hz.İmam Hüseyn (ə.s) Məscidində sözügedən ibadət evi tərəfindən yüzlərlə insana kabab ehsan olunub.

Aktual.ge məlumat verir ki, Məhərrəm ayının 9-cu günü - "Tasua" günü münasibətilə sözügedən Məscidə toplanan müsəlmanlara ehsan olaraq 1 300 şiş kabab çəkilib.

Hz.İmam Hüseyn (ə.s) Məscidində axşam saatlarındaki əza məclisinin ardından şişə çəkilən kabablar müsəlmanlara ehsan olunub.

Məlumat üçün bildirək ki, 10 avqust Məhərrəm ayının elə ilk günündən Marneulidə bir sıra dini təşkilatlar və məscidlər eləcə də, xeyriyyəçi insanlar tərəfindən ehsanlar paylanır.

ŞƏRH YAZ
0