Marneulidə Aşura mərasimi keçirilib - FOTOLAR
19.08.2021 15:59
474
Din
A
Marneulidə Aşura mərasimi keçirilib - FOTOLAR

Gürcüstanda müsəlmanların yaşadığı bir sıra rayon və kəntlərdə Aşura günü yad edilib.

Aktual.ge məlumat verir ki, səhər saatlarından başlayaraq rayon və kəntlərdən müsəlmanlarlar Aşura günü ilə əlaqədar məscidlərə, hüseyniyyələrə və dini ocaqlara üz tutublar.

Məscidlərə axın edən müsəlmanlar Hz.Məhəmməd Peyğəmbərin (s.v.s) nəvəsi Hz.İmam Hüseyn (ə.s) üçün sinə vurub, göz yaşı töküb və dualar ediblərr.

Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.

Fotolar Marneulidəki Hz.İmam Əli (ə.s) məscidi və Qızılhacılı kəndindəki Hz.İmam Həsən (ə.s) məscidlərindən çəkilib.

ŞƏRH YAZ
1