Marneulidə minlərlə insanın qatıldığı “Tasua” yürüşü keçirilir - FOTO
29.08.2020 11:27
1019
Din
A
Marneulidə minlərlə insanın qatıldığı “Tasua” yürüşü keçirilir - FOTO
Bu dəqiqələrdə Kvemo-Kartli bölgəsinin Marneuli rayonunda Məhərrəm ayının 9-cu günü münasibətilə izdihamlı “Tasua” yürüşü keçirilir. Aktual.ge məlumat verir ki, digər rayonlardan və kəndlərdən insanların qatılımı ilə Marneuli rayonunda “Ya Hüseyn, Ya Əbəlfəz” şüarlı “Tasua” yürüşü keçirilir. Ümüm Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ), İmam Əli (ə.s) Xeyriyyə Fondu, Gürcüstan Əhlibeyt Cəmiyyəti həmin təşkilatın daxilində fəaliyyət göstərən Əhlibeyt Aşiqlər Forumu , Xanım Zeynəb Qadınlar təşkilatı və digər məscidlərində dəstəyi ilə keçirilən “Tasua” yürüşü Marneulidə yerləşən Əhlibeyt Cəmiyyətinin önündən başlayıb və İmam Əli (ə.s) məscidinin önünde yekunlaşacaq. Məlumat üçün qeyd edək ki, “Tasua” günü Məhərrəm ayının doqquzuncu gününü nəzərdə tutur. Hicri qəməri təqvimlə 61-ci ilin Məhərrəm ayının doqquzunda (Tasuada) İraqın Kərbəla çölündə İmam Hüseyn (ə) və onun yaxınları Ömər ibn Sədin (lən) qoşunları tərəfindən mühasirəyə alınıb. Elə həmin gün Hz Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi Hz.Hüseyn (ə) və onun yaxınlarının üzünə su yolları bağlanıb.
ŞƏRH YAZ
1