Marneuli rayon Qızılhacılı kəndində Hz.İmam Hüseynin 7 mərasimi keçirilib - FOTO
26.08.2021 00:15
427
Din
A
Marneuli rayon Qızılhacılı kəndində Hz.İmam Hüseynin 7 mərasimi keçirilib - FOTO

25 avqust tarixində Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən Hz.İmam Həsən (ə.s) Məscidində Hz.Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 7 mərasimi keçirilib.

Aktual.ge məlumat verir ki, sözegedən Məscidin axundu Məşhədi Fuad İsəyevin Qurani-Kərimi tilavət etməsi ilə başlayan əza mərasimi ilahiyyatçı Hacı Qurban Murquzovun Kərbəla hadisələrindən, o cümlədən dini söhbətləri ilə davam edib, daha sonra məddah seyid Rəhman Həsənov rozə və mərsiyyələr oxuyub.

Ölkədəki epidemioloji vəziyyəti nəzərə alan müsəlmanlar tibbi maska və sosial məsafə qaydasına riayət ediblər.

ŞƏRH YAZ
1