Zaza Vaşaxmadze Bakida Gürcü Pravoslav Kilsəsinə status verilməsi məsələsini qaldırıb
26.08.2021 21:49
459
Din
A
Zaza Vaşaxmadze Bakida Gürcü Pravoslav Kilsəsinə status verilməsi məsələsini qaldırıb

Gürcüstan Din İşləri üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze, müavini Giorgi Ukleba və protokol meneceri Gvantsa Tsxovrebadze Azərbaycana səfər edib.

Aktual.ge xəbər verir ki, Gürcüstan Din Agentliyin nümayəndə heyəti Bakida Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və onun müavini Gündüz İsmayılov ilə görüşüb.

Dini İşlər üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, görüşdə din sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd olunub ki, Mübariz Qurbanlı Azərbaycanda dövlət və dini təşkilatlar arasında qarşılıqlı əlaqənin keyfiyyətini vurğulayıb və ikitərəfli əlaqələri daha da dərinləşdirmək arzusunda olduğunu bildirib.

“Gürcüstan Din Agentliyinin sədri Azərbaycanda din haqqında qanunla maraqlanıb və Azərbaycanla bu sahədə təcrübəsini bölüşüb. Zaza Vaşaxmadze Gürcü Pravoslav Kilsəsinin Azərbaycanda yeparxiya olaraq qeydiyyata alınması, ona status verilməsi, həmçinin Azərbaycan ərazisində pravoslav ruhanilərinin sayının artırılması məsələsini qaldırıb.

Z.Vaşaxmadze Gürcüstanın müsəlman icmasının etnik azərbaycanlı və gürcü nümayəndələri arasında qurulan əlaqələri xüsusi qeyd edib və müasir dünyada dini ziddiyyətlər fonunda Gürcüstandakı şiə və sünni müsəlmanlar arasındakı münasibətlərin nümunəvi və fərqli olduğunu söyləyib. 

Mübariz Qurbanlı isə, Gürcüstan Azərbaycanın dostu və strateji tərəfdaşıdır, onun suverenliyi və ərazi bütövlüyü Azərbaycan tərəfindən dəstəklənir və Gürcüstan da Azərbaycana qarşı oxşar siyasət yürüdür. Dini İşlər üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə memorandumun imzalanmasına hazırlıq ifadə edib. Gürcüstan və Azərbaycanın ilahiyyat məktəbləri arasında memorandumun imzalanması da qərara alınıb",-Gürcüstan Din İşləri üzrə Dövlət Agentliyinin məlumatında deyilir.

Bildirilib ki, görüşdə Gürcüstanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, səfirin müşaviri Giorgi Buachidze və Azərbaycanın Dini Qurumlar Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

ŞƏRH YAZ
1