Mirtəqi Əsədov:
02.09.2021 20:44
564
Siyasət
A
Mirtəqi Əsədov: "Vaşaxmadze dini qanun qəbulunu istəməklə öz rəhbərlik etdiyi qurumu gücləndirmək istəyir"

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri seyid Mirtəqi Əsədov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin Azərbaycan Milli Məclisində dini qanun barədə danışmasına kəskin reaksiya verib.

O, Aktual.ge xəbər portalı ilə söhbəti zamanı qeyd edib ki, Z.Vaşaxmadze Gürcüstanda dini qanun qəbul etdirmək istəyi ilə öz qurumunu gücləndirməyə çalışır.

Onun sözlərinə görə, Agentlik sədri Gürcüstanda dini qanun qəbulunu istəməklə müsəlmanları daha çox kontrol və nəzarət altına almağa çalışır.

"Zaza Vaşaxmadze Azərbaycan Respublikasının Milli Məclisində görüş keçirərkən dini qanun məsələsinə toxundu və onlardan kömək istədi eləcə də, onların təcrübələrindən yararlanmaq istədi. Xatırladım ki, 2 il bundan əvvəl bizim Gürcüstan Parlamentində dini qanun barədə məsələlər müzakirə edildi, bizdə həmin müzakirədə iştirak edirdik müsəlmanları təmsil edən bir qurum olaraq. Daha sonra 20-dən çox Dini qurum bəyanat verdi ki, bizə dini qanun lazım deyil.

Məhz indi Agentlik sədri niyə buna can atır anlaya bilmirəm, bəyəm biz diktatura sistemində yaşayırıq ki, zorla istədikləri qanunu bizə qəbul etsin və etdirsinlər?. Əslində bu dini qanunu ölkədəki dini təşkilatlar istəmir, indi isə bunu yenidən gündəmə gətirmək hansı məntiqə sığır? Vaşaxmadze dini qanun qəbulunu istəməklə öz rəhbərlik etdiyi qurumu gücləndirmək istəyir və bununla da müsəlmanları daha çox kontrol etməyə çalışır. Biz bu kimi dini qanunun qəbulunun həyata keçirilməsini istəmirik, bunun əleyhinəyik. Problem qanunlarımızda deyil, siyasi iradənin yoxluğu bizlərə çətinlik yaradır. Hər şey öz yoluna düşməsi üçün gərək siyasi zehniyyət dəyişsin. Əslində Dini agentlik kimi qurumlar ayrı seçkiliklə məşğuldur və bu günə kimi heç bir çətinliyi həll etməyib və belə bir qurumun varlığı ölkəmizin dini müxtəlifliyi üçün problemdir. Elədə belədə dini agentlik bir neçə dini quruma nəzarət edir və nəzarət edə bilmədiyi dini qurumları, qanun istəməklə öz nəzarətinə keçirmək istəyir. Bir daha qeyd edim ki, dini qanunu istəməklə müsəlmanları daha çox kontrol altına almaq istəyirlər",-deyib M.Əsədov.

ŞƏRH YAZ
2