TƏCİLİ - Baş Prokurorluğ yayıldığı iddia olunan gizli yazılarla bağlı hərəkətə keçdi
14.09.2021 15:23
358
Kriminal
A
TƏCİLİ - Baş Prokurorluğ yayıldığı iddia olunan gizli yazılarla bağlı hərəkətə keçdi

Gürcüstan Prokurorluğu məxfi qeydlərlə bağlı medianın yaydığı məlumatlarla əlaqədar istintaqa başladığını açıqlayıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı Baş Prokurorluğ məlumat yayır.

Prokurorluğ sözügedən gizli məlumatlara sahib olan mediaları əməkdaşlıq etməyə çağırır.

Prokurorluq, həmçinin hər kəsi şəxsi məlumatlarını yaymaqdan çəkinməyə çağırır:

"Gürcüstan Prokurorluğu, Cinayət Məcəlləsinin 158-ci maddəsinin 1-ci və 2-ci hissələrini nəzərdə tutan cinayət zəminində şəxsi ünsiyyətin sirrinin pozulması faktı ilə bağlı gizli qeydlərin aparılması ilə əlaqədar mediada yayılan məlumatlarla bağlı istintaqa başlayıb. İş üzrə davam edən istintaq çərçivəsində bütün zəruri istintaq və prosessual hərəkətlər aparılacaq. Qeyri-qanuni qeydlər və materiallara sahib ola bilən hər kəsi istintaqla əməkdaşlıq etməyə çağırırıq. Eyni zamanda, sözügedən materialı olan mediaları istintaqla əməkdaşlıq etməyə və onları mövcud sübutları təqdim etməyə çağırırıq. Həm də hər-kəsi şəxsi məlumatları ictimaiyyətə açıqlamaqdan çəkinməyə çağırırıq",-məlumatda deyilir.

Bildirilir ki, sözügedən cinayətlə əlaqədar cərimə və ya iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məlumat üçün bildirək ki, sentyabrın 12-də yüksək rütbəli din xadimlərinin cinsi oriyentasiyasına və keçmişlərinə aid materiallar olan gizli qeydlər yayılıb.

ŞƏRH YAZ
4