Əhməd İmamquliyev: Müsəlman din xadimlərinin də səs yazıları, videoları var...
14.09.2021 17:30
893
Siyasət
A
Əhməd İmamquliyev: Müsəlman din xadimlərinin də səs yazıları, videoları var...

"Artiq bir neçə gündür ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə bağlı bir çox məlumat yayimlanır, onlardan biri də, Kənan Ömərovla əlaqəlidir hansı ki, 2017-ci ildən bu günə kimi DTX-nın agenti olaraq "Levan" kod adı ilə bilinirmiş. Bir gün sonra yayımlanan başqa bir materiyal oldu, hansı ki, DTX kimləri izləyirmiş və fayılları gizli olaraq saxlayırmiş, seçkidə isə kompromat olaraq insanlara qarşı, yəni Gürcüstan vətəndaşlarına qarşı, istifadə edirmiş".

Bu açıqlamanı Aktual.ge xəbər portalına müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli merliyinə namizədi Əhməd İmamquliyev verib.

O, yayılmış materiyallar arasında müsəlman din xadimlərinin də səs yazıları, videoları olduğunu iddia edib.

"Bu yayılmış materiyallar arasında xüsusən diqqətimizi çəkən məsələlərdən biri də bu oldu ki, din xadimlərinin audio-video və şəxsi həyatlarını əks etdirən görüntüləri izləyirlərmiş. Və artıq bunların hamsı uzərə çixdı və hamiya bəllidir. Gürcüstanda necə ki, kecmiş hakimiyyətin dövründə, eləcə də, bu günki hakimiyyətin dövründə yenədə xalqımızı, vətəndaşlarımızı DTX izləyir və izləməni davam etdirir. Kompromat toplayırlar. Bunu isə hər hakimiyyət öz hökmranlığı dövründə edir ki, hakimiyyətdə qala bilsin və öz şəxsi maraqları üçün istifadə etsin. Bu dövlətin dovlətsizliynə qarşi çixan bir işdir ki, DTX belə bir çirkin addimları atır. Qaldi ki, səs yazılarına bu kilsənin nümayəndələrinə yəni, DTX-nın əlində olan kompromatlar, səs yazıları və videolar bir də eyni zamanda müsəlman din xadimlərinə qarşı varmı? bizdə olan informasiyaya görə, bəli müsəlman din xadimlərinində var. Onlarında səs yazıları, danışıqları, videoları, hər bir kompromatları var. Mən sizə kiçik bir informasiya verim ki, hətta bizdə olan məlumata görə, Əhməd İmamquliyevi dəstəkləyən bir müsəlman din xadiminində informasiyaları həmin materiyallar arasında yer alır".

ŞƏRH YAZ
6