Marneulidə vəziyyət gərgin olaraq qalmaqdadır - FOTO
14.09.2021 22:25
899
Siyasət
A
Marneulidə vəziyyət gərgin olaraq qalmaqdadır - FOTO

Bu gün, 14 sentyabr Marneuli rayonunun Alqeti kəndində qız qaçırılması zamanı bədbəxt hadisə baş verib.

Aktual.ge xəbər verir ki, 22 yaşlı qız anası ilə birgə evə gedən zaman qəfil iki avtomobil hücum edərək qızı qaçırmağa çalışıb, bu zaman isə ananın müqavimət göstərməsinə baxmayaraq onlar hədəflərinə nail olub. Ancaq qızın anası xəsarət alıb, daha sonra qızın qaçırıldığı avtomobilin qarşısına keçən yaşlı nənə nəqliyyat vasitəsinin onu vurması nəticəsində yerindəcə keçinib.

Bədbəxt hadisə zamanı 22 yaşlı qızın anasının həsarət alması, nənəsinin isə dünyasını dəyişməsi ilə yanaşı qonşudan daha bir qadınıda avtomobil vurub.

Hazırda qızın ailəsi və yaxınları eləcə də, kənd sakinləri Marneuli Polis İdarəsinin qarşısına toplaşıb. 

Onlar Aktual.ge xəbər portalına müsahibələrində deyib ki, bu hadisədə 4 avtomobil iştirak edib, ancaq hazırda onlardan sadəcə 2-si saxlanılıb və qızın hazırda ifadəsi alınır.

Bədbəxt hadisəyə dücar olan qızın yaxınları hazırda hüquq-mühafizə orqanlarını istintaqla əlaqədar geniş səy göstərməməkdə günahlandırır. Onlarların sözlərinə görə, faktla bağlı dəqiq istintaq aparılmır, ekspertziya hadisə yerinə gəlmir, baş verənləri araşdırmır və bizə deyir ki, güya qızın özü razı imiş: "Bizdə deyirik ki, buraxın bunu bizə qızın özü desin siz yox".

Hazırda onlarla Alqeti sakini Marneuli Polis İdarəsinin qarşısına toplaşıb, müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyev və "Leyboristlər" partiyasının Marneuli mer namizdi, hüquqşünas Əli Bədirov da cəlb olunub.

ŞƏRH YAZ
7