Kənan Ömərov seçkiqabağı kampaniya çərçivəsində əhali ilə görüşlərini davam etdirir
15.09.2021 12:19
388
Siyasət
A
Kənan Ömərov seçkiqabağı kampaniya çərçivəsində əhali ilə görüşlərini davam etdirir

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Marneuli merliyinə namizədi Kənan Ömərov, Alget və Kürüstü-Kəpənəkçi inzibati ərazi vahidliyinin sakinləri ilə görüşüb.

Aktual.ge məlumat verir ki, o, görüşdə yerli sakinlərin ehtiyaclarını dinləyib.

Sözügedən inzibati ərazi vahidliyində baş tutan görüşə, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı və "Gürcü Arzusu“ seçki qərargahının Marneuli üzrə rəhbəri Amiran Qiorqadze iştirak edib.

"Rayonumuz 'Gürcü Arzusu' hakimiyyətə gəldikdən sonra böyük irəliləyiş əldə etdi. Alget və Kəpənəkçi inzibati ərazi vahidlərinin kəndlərində bir sıra uğurlu infrastruktur layihələri həyata keçirildi. Komandamla birgə Marneulinin daha səmərəli, inkişaf etmiş və uğurlu ola biləcəyinə dair bir sıra fikirə sahibik. Bu istiqamətdə prioritetlərimdən biri - gənclərə dəstək olmaq, onların inkişafı, təhsili və işlə təmin edilməsinin qayğısına qalmaqdır. İnanıram ki, Marneulidə yaşayan hər bir gəncin gələcəkdə bütün sahələrdə uğur qazanmaq imkanı olacaq. Yerində işlə təmin edilib və layiqli gəlirlərə sahib olacaqlar. Bunun üçün əhali ilə yaxından ünsiyyət qurmaq və fikirlərini bölüşmək lazımdır. Marneulinin sabahki gününü yaratmaqda gənclərin birbaşa iştirakının əhəmiyyətini yaxşı anlayıram, buna görə də səmimiyyət mənim üçün prioritet olacaq",-deyə K.Ömərov söyləyib.

(R)

ŞƏRH YAZ
15